cümə 8 avqust 2025 - 20:11
Ayətullah Əlirza Ərafi

"Bu gün Livan dövləti bütün İslam dünyasının diqqət mərkəzindədir. Mən sizə xəbərdarlıq edirəm: ABŞ-ın zəhərli konfetlərini qəbul etməyin, yalançı sülh təkliflərinə inanmayın! Silahı müqavimətin əlindən almayın! Unutmayın ki, məhz müqavimət sizi azad etdi. Əgər bu qüdrəti itirsəniz, Livan Suriya və Liviyanın acı taleyinə düçar olacaq."

Qum şəhərində təşkil olunan cümə namazında Ayətullah Ərafi xütbə söyləyərək belə qeyd etdi: “Livanlılar ABŞ-ın “zəhərli konfet” vədlərinə aldanmasınlar.” İranın Məşrutə İnqilabının məğlubiyyətinin əsas dörd amili.

"Bu gün Livan dövləti bütün İslam dünyasının diqqət mərkəzindədir. Mən sizə xəbərdarlıq edirəm: ABŞ-ın zəhərli konfetlərini qəbul etməyin, yalançı sülh təkliflərinə inanmayın! Silahı müqavimətin əlindən almayın! Unutmayın ki, məhz müqavimət sizi azad etdi. Əgər bu qüdrəti itirsəniz, Livan Suriya və Liviyanın acı taleyinə düçar olacaq."

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, miladi təqvimlə 8 avqust 2025-ci il (şəmsi: 17 mordad 1404) tarixində Ayətullah Əlirza Ərafi Qum şəhərinin Qüds məscidində keçirilən cümə namazında çıxış etmişdir. İmam-cümə Jurnalistlər Günü münasibətilə ölkə jurnalistlərini təbrik edərək öz xütbəsində şəhid Muhəmməd Hüseyn Saremi və İslam İnqilabı dövrünün digər şəhid jurnalistlərinin xatirəsini ehtiramla yad etmişdir. O, həmçinin sağlam və dürüst xəbərlər yayımlayan media qurumlarına uğurlar arzulamışdır.

Daha sonra Ayətullah Ərafi bildirmişdir ki, son əsrdə müstəmləkəçilər yalnız silahlı qüvvələri ilə deyil, həm də mürəkkəb və təsirli bir informasiya ordusu, yəni öz müstəmləkəçi və imperialist maraqlarına xidmət edən media və KİV-ləri ilə dünya üzərində hökmranlıq ediblər. Qərb mediası əsrlər boyu hegemon və müstəmləkəçi qüvvələrin əsirliyində olub, xəbərləri təhrif edərək yanlış ideya və cəryanları gücləndirib, insanların zehnini manipulyasiya edərək müstəmləkəçilik və talançılıq yolunu rahatlaşdırıb. Bu səkkizayaqlı ilbiz, yəni Qərb mediası, xalqları öz əsarətinə alaraq yalan və şeytani qüvvələrin təzahürü olmuşdur.

İran İslam İnqilabı yeni bir media modeli formalaşdırdı

İranın Elmi Hövzələrinin rəhbəri vurğulayıb ki, İran İslam İnqilabı bu informasiya mühasirəsini yararaq, yeni bir media modeli formalaşdırdı. Xüsusilə, dürüst xəbərlər yayımlayan xəbər agentlikləri və media orqanları, Qərb mediasının axarını Müqavimət hərəkatının, İslam dünyasının və İranın lehinə dəyişdirə bildilər. Şəhid Saremi, Səhər İmami və digər ləyaqətli, cəsur, dürüst və etibarlı jurnalistlər xalqların xidmətində duraraq onlara həqiqi nicat yolunu göstərdilər. Sağlam və etibarlı xəbərlər yayımlayan media budur.

O bildirib ki, media gərək xalqın xidmətində dursun, onun əzab-əziyyətini azaltsın və  inkişaf, tərəqqi üçün zəmin yaratsın. Media insanların qəlbini qorxutmaq, cəmiyyəti zəiflətmək, əxlaq prinsiplərini sarsıtmaq üçün deyil. Qələm və medianın yüksək dəyəri insanın kamilliyi və azadlığı üçün sərf olunmalıdır.

Bütün sağlam və etibarlı media qurumlarına təşəkkür

Qum imam-cüməsi əlavə edib: “Bütün sağlam və etibarlı media qurumlarına təşəkkür etmək lazımdır. İnformasiya savaşında, yəni media mübarizəsi meydanında, doğru və dürüst məlumatı gənclərə və cəmiyyətə çatdıran media qalib gəlir və inkişaf yolunu göstərir. O media uğur qazanır ki, həqiqi tənqidi və gerçək etirazı birbaşa ünvanına çatdıra bilir. Dövlət qurumları, ictimaiyyətlə əlaqədar şöbələr, müstəqil media birgə çalışmalı və insanların tərəqqisi və inkişafına xidmət edən vasitə olmalıdırlar. Ölkənin Elmi Hövzələrinin rəhbəri qeyd edib ki, avqust ayı tarixin iki böyük xatirəsini yada salır: İranın Məşrutə İnqilabını və neftimizin milliləşdirilməsi hərəkatını. Bu iki tarixi səhifədə mühüm dərslər yer tutub. İmam Xomeyni (r.ə) bu tarixi dərslərə nəzər salaraq İslam İnqilabının əsasını qoydu və ona rəhbərlik etdi.

İranın Məşrutə (Konstitusiya) İnqilabının məğlubiyyətinin əsas dörd amili

O, çıxışının başqa bir hissəsində belə qeyd etmişdir: “Məşrutə İnqilabı Qacarlar dövründə, dünyanın elmi-texniki tərəqqi yoluna qədəm qoyduğu bir dövrdə yaranmışdı. Millətin oyanışından yaranan, alimlərin və dini liderlərin rəhbərliyinə söykənən bu hərəkat, şah rejimi quruluşuna qarşı olan bir hayqırtı idi və çox gözəl hədəf daşıyırdı. Nəcəfin böyük alimləri və görkəmli şəxsiyyətlərin rəhbərliyi altında şah rejiminin zülmünə qarşı, ölkənin azadlığı və müstəqilliyi üçün mühüm addımlar atılırdı. Lakin bu böyük üsyan və ümumölkə hərəkatı sonradan bir sıra problemlərlə üzləşdi”.

Birinci amil: Tam konstitusional nəzəriyyənin olmaması

Qum imam-cüməsi bu problemlərin yaranma səbəblərindən danışaraq bildirib: “Səbəblərdən biri Məşrutənin nəzəri əsasının olmaması idi. Bu hərəkat ölkənin azadlığı və müstəqilliyi barədə hərtərəfli bir nəzəriyyəyə malik deyildi, buna görə də çətinliklərlə üzləşdi.”

İkinci amil: Xarici dövlətlərin müdaxiləsi

İkinci amilə toxunan Ayətullah Ərafi vurğulayıb ki, xarici müdaxilə də əsas səbəblərdən biri olub: “O dövrdə, İngiltərə kimi dövlətlərin və digər şeytani qüdrətlərin müdaxiləsi Məşrutə İnqilabının düzgün əsaslarının dağılmasına səbəb oldu.”

Üçüncü və dördüncü amillər: Qərbpərəstlərin xəyanəti və Məşrutə iştirakçılarının məlumatsızlığı və bəsirət zəifliyi

Ayətullah Ərafi üçüncü və dördüncü səbəblərə də toxunaraq deyib: “Qərbpərəstlərin xəyanəti, həmçinin İranda azadlıq və müstəqilliyin İslamla sıx bağlı olduğunu anlamayanların mövcudluğu, eləcə də Məşrutə hərəkatında rol oynayan şəxslərin məlumatsızlığı və zəif bəsirəti bu prosesdə digər iki mənfi  amil olmuşdur.”

Elmi Hövzələrin rəhbəri belə əlavə edib: “Bütün bu amillər birləşərək, əslində İrana ruh verə və azadlıq gətirə biləcək bir hərəkatın qarışıqlığına, parçalanmasına, ixtilafına və dini prinsiplərdən uzaqlaşmağına bais oldu. Nəticədə Pəhləvi hakimiyyəti yarandı. Təəssüf ki, azadlıqsevər bir hərəkatdan, lənətlənmiş bir şah olan Rza xan ortaya çıxdı.”

O, sözünə davam etdirərək qeyd edib: “Pəhləvi sülaləsi Qərbdən asılılığın əsasını qoydu. Halbuki, İran tarixində xarici dövlətlərdən bu səviyyədə rəsmi asılılıq olmamışdı. Keçmişimizdə zalım, təkəbbürlü və qaniçən hökmdarlar olmuşdu, lakin ABŞ və İngiltərədən bu dərəcədə aşkar asılılıq böyük bir fəlakət idi və bunu ilk dəfə Pəhləvi sülaləsi etdi.”

12 Günlük Müharibədən çıxarılan dərslər

İlk dərs: Daxili qüdrətə güvənmə

O bildirib: “Bu böyük tarixi savaş bizə özümüzə güvənməyi və daxili gücümüzə söykənməyi öyrətdi. Milli özünəinam və daxili potensiala arxalanmaq inkişafın əsas şərtidir. Dünya ilə əlaqə və qarşılıqlı münasibətləri öz qaydalarımız çərçivəsində qəbul edirik, lakin sərt nüvə - biz özümüzük və daxili potensiala güvənmək xilasedici yoldur.”

İkinci dərs: Düşməni və onun hiylələrini daha dərindən tanımaq zərurəti

İmam-cümə sözünə davam edərək deyib: “Düşməni dəqiq tanımaq və qorxmamaq ikinci dərs idi. Düşməni tanımaq vacibdir, çünki onun apardığı danışıqlarda belə hiylə mövcud idi. Düşmən qarşısında dayanmaq cəsarəti, onu düzgün tanımaq və lazımi bəsirət bu savaşda həlledici rol oynadı. Bu gün də müharibədən qorxmamalıyıq. Bizim millət savaş və ağır meydanların əhlidir. Qorxmalı olduğumuz şey isə düşmənin daha mürəkkəb hiylə və fitnələridir.”

Üçüncü dərs: Dünyanın məntiqi - güc və qüdrətdir

O bildirib ki, 12 günlük təcavüzkar müharibə göstərdi ki, dünyada güc məntiqi hökm sürür və qüdrətli olmaq vacibdir. Haqlı olsanız belə, heç kim sizin səsinizə səs verməyəcək. Bu səbəbdən, səkkiz sahədə güclü olmaq və onu möhkəmləndirmək zəruridir: elmi-idraki, dialoq və düşüncə gücü; mənəvi, əxlaqi və mədəni güc; elmi-texnoloji güc; ictimai güc - milli birlik və həmrəylik; dini demokratiya əsasında siyasi güc və İnqilabın Ali Rəhbərinin rəhbərliyi; iqtisadi güc; hərbi və təhlükəsizlik gücü; eləcə də beynəlxalq güc.

Dördüncü dərs: Düşmənin vədlərinə aldanmayaq

Qum imam-cüməsi düşmənin hiylələrinə aldanmamağın vacibliyini vurğulayaraq deyib: “Düşmənin sizə uzatdığı ‘zəhərli konfetlər’, ‘ipək əlcəklər’ və saxta ‘zeytun budaqları’ problemlərin həlli deyil və çıxış yolu ola bilməz. İslam dövlətləri bunu anlamalıdırlar.”

O əlavə edib: “Bugün İslam dünyasına səslənirəm, xüsusilə də Livan dövlətinə: ABŞ-ın “zəhərli konfet” vədlərinə inanmayın! Silahı Hizbullahın əlindən almayın! Sizi azad edən Hizbullah oldu! Əgər bu qılıncı sizdən alsalar, Suriya və Liviya taleyini yaşayacaqsınız! Livan dövləti və parlamenti bugün bütün İslam ümmətinə nümunədir - Trampın və Qərb dövlətlərinin yalan vədlərinə aldanmayın, öz ayağınızın üstündə durun, müqavimət silahına güvənin!”

Qumun cümə namazının imamı vurğulayıb ki, Fələstinin silahsızlaşdırılması və “iki dövlətli həll” planı İslam ümmətinə zərbə vurmaq üçün qurulmuş bir hiylədir: “Düşmənin bütün vədləri yalandır. O, danışıqlar pərdəsi altında sərt bir müharibə başlatdı. Ümid edirik ki, İslam dünyası ayıq olacaq, aldanmayacaq və birlik, həmrəylik, həmfikirlik və qüdrətlə izzət və müstəqillik yolunu davam etdirəcək.”

İslamın və Əhli-betytin (ə) məntiqində ziyarət

Qum imam-cüməsi Ayətullah Ərafi ilk xütbəsində belə bildirir ki, təqva insanı daxili və xarici şeytanların hücumundan qoruyan sipərdir. Təqva, insanı səadətin, azadlığın və nicatın zirvəsinə aparan nərdivandır.

O, İslam və Əhli-beyt (ə) maarifində ziyarətin mövqeyi barədə belə qeyd edib: “Ziyarət lüğətdə “bir şəxslə görüş üçün hərəkət etmək” deməkdir. Lakin İslam və şiə məzhəbində, həmçinin Əhli-beyt (ə) məktəbində bu anlayış geniş, sistemli və dərin mənalara malikdir.”

İmam-cümə vurğulayıb ki, İslam məntiqində ziyarət, məsumlarla həm həyat dövrlərində, həm də onların vəfatlarından sonra əlaqə və söhbət mənasındadır. Çünki məsumlar və peyğəmbərlər vəfat etdikdən sonra da diri kimidirlər. Bu baxış ziyarət anlayışına tam və kamil bir məna qazandırır.

Ayətullah Ərafi əlavə edib ki, ziyarət düşüncəsi, yəni zahirən dünyadan köçmüş kimi görünən, lakin mükəmməl insanlar olan şəxslərlə canlı və tərbiyəedici bir əlaqə qurmaqdır. Bu ideya Quran ayələri, rəvayətlər, Həzrət Peyğəmbər (s) və saleh insanların sünnəsindən götürülüb. Lakin İbn Teymiyyə tərəfdarları kimi azğın azlıqlar bu parlaq məfhumdan uzaqlaşıblar. Və bu cərəyan bugün getdikcə zəifləməkdədir.

O bildirib: “Ziyarətə etiqad Qurani-Kərimdən, sünnədən və İslam tarixindən qaynaqlanır. Şiə və sünni rəvayətlərində qeyd edilir ki: ‘Kim Həccə gedərsə, lakin məni, yəni Rəsulullahı (s) ziyarət etməzsə, mənə qarşı haqsızlıq etmiş olar’.

Ayətullah Ərafi qeyd edib ki, ziyarət etiqadı Quranda, sünnədə və İslam tarixində möhkəm köklərə malikdir. Amma Əhli-beyt (ə) maarifində bu, dua və ziyarətnamə kimi daha geniş və dərin məna qazanıb. Dua və ziyarət sanki iki qanaddır ki, İlahi dinlərdə, Qurani-Kərimdə və Həzrət Peyğəmbərin (s) sünnəsində mövcuddur, amma Əhli-beyt (ə) məktəbində xüsusi məqama malikdir.

O vurğulayıb ki, Əhli-beyt (ə) məntiqində ziyarət yalnız Peyğəmbərin (s) və kamil insanın məqbərəsinə getmək deyil; həm də İmamla dərin mənəvi-mərifət əlaqəsi, möhkəm qəlbi və emosional bağ yaratmaqdır ki, insanı məsumun hədəf və düşüncə xəttinə daxil edir. Ziyarət həm də ictimai ideya, siyasi mesaj və məsumun siyasi-ictimai məfkurəsinə itaət elanıdır.

Cümə namazı imamı əlavə edib ki, ziyarət həm mərifət, həm hiss, həm də əməli itaət aspektlərini əhatə edir. Onun sözlərinə görə, bu mövzuda 300-dən çox kitab mövcuddur: “Ziyarət insanı kamilləşdirən məktəbdir, qəlblərə rahatlıq, ruhlara həyat verir. Ziyarət məktəbi tövhid məfhumunu gücləndirir və insanı Allah-Təalaya yaxınlaşdırır. Bütün İlahi övliyalar Allah-Təalaya yaxınlaşmaq üçün vasitədir, Rəsulullahı (s) və mötəbər ziyarətgahları ziyarət etmək isə bizi tövhid mənbəyinə yaxınlaşdırır.”

O bildirib ki, şəhidlərin, xüsusilə İmam Hüseynin (ə) ziyarəti ziyarətlərin zirvəsidir: “Kamilüz-ziyarət kitabında 100-dən çox fəsil ziyarətə həsr olunub, onlardan təxminən 80-i İmam Hüseynin (ə) ziyarətinə aiddir. Xoş İran xalqının halına ki, Aşura matəmini və İmam Hüseynin (ə) ziyarətini diri saxlayıb və bu şərəfli bayrağı göylərə ucaldıb.”

Xəbərin sonu


 [u1]

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha